Ölümündən 15 il sonra borcları üzə çıxdı

14:37 - 28 İyun 2024

Ölümündən 15 il sonra borcları üzə çıxdı

“Popun kralı” adlandırılan Maykl Cekson haqda yeni məlumatlar üzə çıxıb.


Manset.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

Bildirilib ki, yeni məhkəmə sənədlərinə görə, Maykl Ceksonun 2009-cu ildə yarım milyard dollardan çox borcu olub. Ceksonun borcları onun əmlakının idarəçiləri tərəfindən Los-Anceles Ali Məhkəməsinə təqdim edilmiş ifadədə qeyd olunub.

Musiqiçinin ölümü zamanı ən əhəmiyyətli aktivləri 500 milyon dollardan çox borc və kreditorların tələblərinə məruz qalıb və bəzi borclara olduqca yüksək faiz yığılıb.

Həmçinin açıqlanıb ki, Cekson 2009-cu ildə ölümündən əvvəl “This Is It” adlı konsert turuna çıxmağa hazırlaşırmış. Turun Londonda 50 şoudan ibarət olacağı planlaşdırılıb. Ərizədə sənətçinin tur ərəfəsində öldüyü üçün turun təşkilatçısı AEG-ni 40 milyon dollarlıq maliyyə öhdəliyi üz-üzə qoyduğu qeyd olunub.

Sənədlərdə bildirilib ki, 2018-ci ildə Ceksonun malikanəsindən əldə edilən pullar vəkillik xərcləri və digər xərclərin ödənilməsinə yönəldilib.

Həmçinin, Ceksonun ölümü zamanı bir çox ştat və ölkələrdə məhkəmə prosesləri ilə qarş-qarşıya olduğu açqlanıb. Sənəddə deyilir ki, 65-dən çox kreditor ona qarşı iddia qaldırıb və bu da daha çox məhkəmə çəkişmələrinə səbəb olub. Lakin icraçılar kreditorların tələblərinin və məhkəmə iddialarının əksəriyyətini həll edib.

Xatırladaq ki, Cekson 2009-cu ildə 50 yaşında Los-Ancelesdəki malikanəsində vəfat edib. Karyerası ərzində musiqiçi 13 Qremmi mükafatı alıb və iki dəfə Rok və Roll Şöhrət Zalına daxil olub.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin