Hərbi çevriliş zamanı yoxa çıxan baş nazir evinə qayıdıb

08:51 - 27 Oktyabr 2021

Hərbi çevriliş zamanı yoxa çıxan baş nazir evinə qayıdıb

Sudanda hərbi çevriliş nəticəsində vəzifəsindən uzaqlaşdırılan baş nazir Abdulla Hamduk vətənə qayıdıb

Manset.az bu barədə “Al Hadath” telekanalına istinadən xəbər verir.

Telekanalın məlumatına görə, siyasətçini yolda hərbçilər müşayiət edib.

Qeyd edək ki, oktyabrın 25-də Sudanda Hamdukun silahlı qüvvələrin baş komandanı Əbdülfəttah əl Burhanla görüşündən sonra bir ay ərzində ikinci hərbi çevrilişə cəhd baş verib. Hərbçilər baş nazirin evinə gələrək onu çevrilişə dəstək verməyə məcbur etməyə çalışıblar. Hamduk isə həmvətənlərini dinc nümayişlərə çıxmağa çağırıb, bundan sonra əsgərlər siyasətçini naməlum istiqamətə aparıblar.

Əbdülfəttah əl Burxan isə Sudanda hökumətin buraxıldığını elan edib.

Sudan həkimlərinin hərbi komitəsinin məlumatına görə, küçələrə çıxan etirazçılara atəş açılıb, nəticədə 12 nəfər yaralanıb.


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin