"Ceyhunun idarə rəislərimizi və əməkdaşlarımızı quldur adlandırmasını bilməmişəm" - Zaur Mikayılov
30 Oktyabr 2024
08:51 - 28 İyun 2024
Talış Dağlıq zonasında zəlzələ baş verib.
Manset.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli saatla 07:43 radələrində baş verib. Zəlzələnin Lerikdə 5 bal gücündə olduğu qeyd edilib. Yeraltı təkan 18 km dərinlikdə yerləşib.
***
Sosial şəbəkələrdə zəlzələnin digər rayonlarda da hiss olunduğu bildirilir.
***
Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, zəlzələ bir neçə rayonda hiss olunub.
Bildirilib ki, Lerik stansiyasından 27 km şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda - Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabadda 4 bala, digər rayonlarda isə 3 bal gücündə hiss olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin