Bellinqem Sloveniya ilə oyunda Keyni söydü

22:12 - 27 İyun 2024

Bellinqem Sloveniya ilə oyunda Keyni söydü

İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem Avropa çempionatının qrup mərhələsinin 3-cü turunun oyunu zamanı komanda yoldaşı Harri Keynə nalayiq sözlər deyib. 
 

Manset.az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" dodaq oxuma üzrə ekspert Ceremi Frimena istinadən xəbər verir.

Frimenanın sözlərinə görə, Bellinqem bunları söyləyib: "Hey, həqiqətən, #####, ötürmə ver! Topu saxlamaq üçün çox gecdir, #####, ötür!" 

Çox güman ki, bu epizod Sloveniya ilə iyunun 25-də baş tutan oyunun birinci yarısının sonlarına yaxın olub. Oyun 0:0 hesabı ilə başa çatıb. Avro-2024-ün qrup mərhələsinin üç turundan sonra İngiltərə yığması beş xal toplayaraq C qrupunda birinci yeri tutaraq 1/8 finala yüksəlib.


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin