Albaniya yığmasına rekord cərimə

21:20 - 27 İyun 2024

Albaniya yığmasına rekord cərimə

UEFA AVRO-2024-ün iştirakçısı Albaniya yığmasını azarkeşlərin davranışına görə cərimələyib.

 

Manset.az İdman.biz-ə istinadən xəbər verir ki, komanda turnirin tarixində rekord məbləğdə cəzaya məruz qalıb.

Albaniya Futbol Federasiyası ümumilikdə 171,375 avro xərcə düşüb. Qrup mərhələsinin son turunun İspaniya ilə oyununda albanlar 86,500 avro cərimələnib. Avropanın ali futbol qurumu İtaliya ilə görüşə görə 37,375, Xorvatiya ilə qarşılaşmaya görə 47,500 avro pul cəzası kəsib.

Qeyd edək ki, qrup mərhələsində 1 xal toplayan Albaniya yığması sonuncu yeri tutub.


Xəbər xətti

30 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin