Prezident yeni salınan parkla tanış oldu - FOTO
30 Oktyabr 2024
20:06 - 27 İyun 2024
On il əvvəl fəaliyyətə başlamış Bakı Fransız Liseyi Təhsil Kompleksi ləğv olunub.
Manset.az xəbər verir ki, bu barədə qurum özü elan edib.
Liseyin fəaliyyətinin dayandırılacağı ilə bağlı bu ilin aprel ayında şagirdlərin valideynlərinə məktub göndərilib.
Bu tədris ilində liseydə 200 şagird təhsil alıb.
Xatırladaq ki, Bakı Fransız Liseyi Təhsil Kompleksinin açılışı 2014-cü ilin sentyabrında olub. Lisey Bakının "Ağ şəhər" adlanan ərazisində yerləşir. Tədris müəssisəsində məktəbəqədər hazırlıq kursu daxil olmaqla, ibtidai və kollec-lisey qrupları fəaliyyət göstərib.Tədris fransız dilində aparılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin