70 kiloqram qızılla saxlanılan hərbi attaşenin KİMLİYİ BİLİNDİ
23 Noyabr 2024
17:25 - 27 İyun 2024
Finlandiya Ukraynadakı üç layihə üçün 9 milyon avrodan çox vəsait ayıracaq.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Finlandiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, maliyyə vəsaiti peşə təhsili və təliminə, havanın keyfiyyətinin monitorinqinə və infrastrukturun bərpasına dəstək verəcək.
2024-2026-cı illər üçün peşə təhsili və təliminin dəstəklənməsi üçün 2,2 milyon avro ayrılıb.
Havanın keyfiyyətinin monitorinqinin yaxşılaşdırılması üçün 2024-2028-ci illər üçün 2 milyon avro ayrılıb.
2024-2025-ci illərdə Finlandiya Avropa İnvestisiya Bankının Ukrayna üzrə Aİ Fonduna (EU4U) 5 milyon avro maliyyə vəsaiti ayırmaqla Ukraynanın bərpasına dəstək verəcək.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin