Qəzadan sonra oğlu ilə ABŞ-yə qaçan yazıçı saxlandı - VİDEO

15:31 - 27 İyun 2024

Qəzadan sonra oğlu ilə ABŞ-yə qaçan yazıçı saxlandı - VİDEO

Ölümlə nəticələnən qəzanı törədən yeniyetmə oğlunu qaçaq yolla Misirə, daha sonra ABŞ-yə aparan türkiyəli yazıçı Eylem Tok və 17 yaşlı oğlu T. C.-nin saxlanılma görüntüləri üzə çıxıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, onların Boston şəhərində saxlanıldığı bildirilib. Kadrlarda ana ilə oğlunun yaxalanarkən əllərinin arxadan qandallığı və polis maşınına mindirildiyi əks olunub.

Xatırladaq ki, martın 5-də Türkiyənin İstanbul şəhərinin Eyüpsultan qəsəbəsində Eylem Tokun 17 yaşlı oğlu T. C. lüks avtomobillə yol kənarındakı maşına çırpılıb. Qəza zamanı digər maşındakı 5 nəfərdən 4-ü müxtəlif dərəcəli xəsarətlər alıb, 1-i isə hadisə yerindəcə keçinib.

Yazar qəzadan sonra bir nəfərin ölümünə səbəb olan yeniyetmə oğlunu qaçaq yolla Misirə aparıb. O bu hərəkətinə görə ciddi tənqidlərlə üzləşib.

İyunun 14-ü isə ədliyyə naziri Yılmaz Tunç onların saxlanıldığını açıqlayıb.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

30 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin