Prezident yeni salınan parkla tanış oldu - FOTO
30 Oktyabr 2024
14:40 - 27 İyun 2024
Türkiyədə Bursa Hərbi Xəstəxanasında rentgen mütəxəssisi işləyərkən təqaüdə çıxan 70 yaşlı Fehmettin Saymaz 11 il əvvəl pnevmoniya diaqnozu ilə Onkoloji Xəstəxanada müalicə almağa başlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, tutduğu xəstəlikdən dünyasını dəyişən Saymaz ölümündən əvvəl yaxınlarından onun cəsədini meyit kimi istifadə etmələrini istəyib. Vəsiyyətinə əsasən, Saymazın cənazəsi 20 may 2013-cü ildə yaxınları tərəfindən Uludağ Universitetinin Tibb Fakültəsinə təhvil verilib. Tibb fakültəsinin tələbələri 11 il ərzində Saymazın bədəni ilə müxtəlif dərslər və təlimlər alıblar.
Fakültə rəhbərliyi uzun illər tələbələrinə böyük töhfələr vermiş cənazəni onun ailəsinə təhvil vermək qərarına gəlib. Fahrettin Saymazın cənazəsi mərasimlə qardaşı Ergin Saymaz və qızları Çiğdem Saymaz Narlı və Semra Kamaya təhvil verilib.
Uludağ Universiteti Tibb Fakültəsi Anatomiya kafedrasının müdiri, professor Erdoğan Şendemir:
"Türkiyədə 120 Tibb Fakültəsi olmasına baxmayaraq, bədən bağışlamalarının çox az olduğunu ifadə edərək, “Fehmettin Saymaz bədənini minlərlə tibb fakültəsinə bağışlamaqla böyük xidmət göstərdi. tələbələrin ala biləcəkləri ən yaxşı təhsili ala bilmələri üçün ölçülə bilən bir xidmətdir", - deyə açıqlama verib.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin