Bəzi müəssisələr dəyişkən iş qrafikinə keçəcək
30 Yanvar 2025
13:58 - 27 İyun 2024
Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə ingilis dilinin fəaliyyət göstərməsi haqqında qanunu imzalayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “RBK Ukrayna” Ukrayna Ali Radasının saytına istinadən məlumat yayıb.
Qeyd olunub ki, Zelenski ingilis dilinin fəaliyyəti ilə bağlı qanun layihəsini təxminən bir il əvvəl Radaya təqdim edib. Parlament dövlət başçısının təşəbbüsünü yalnız bu il iyunun 4-də ikinci oxunuşda qəbul edib.
Sənəd ingilis dilinin Ukraynada beynəlxalq ünsiyyət dillərindən biri statusunu almasını nəzərdə tutur.
Həmçinin qanuna əsasən, indi Ukraynada məmurlar, müqavilə əsasında xidmət edən hərbi qulluqçular, orta və yüksək rütbəli polis zabitləri və digərləri ingilis dilini bilməlidirlər.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin