Azərbaycan 3-cü dəfə Avropa çempionu olub

23:47 - 26 İyun 2024

Azərbaycan 3-cü dəfə Avropa çempionu olub

Serbiyada təşkil olunan U-17 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub.

 

Manset.az İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan yığması uğurlu çıxış edərək 9 medal qazanıb.

Novi Sadda heyətdəki 10 güləşçidən 9-u medal (3 qızıl, 2 gümüş, 4 bürünc) qazanan Azərbaycan 183 xalla komanda hesabında Avropa çempionu olub. Millimiz 2-ci pillədə yer alan Ermənistanı 51 xal qabaqlayıb. Ukrayna 121 xalla üçüncü yeri tutub.

U-17 yunan-Roma güləşi üzrə yığmamız 3-cü dəfə (2021, 2022, 2024) Avropanın ən güclü komandası olub. Millimiz medalların sayına və toplanan xallara görə də yeni rekorda imza atıb.

Qeyd edək ki, güləşçilərimizdən Turan Daşdəmirov (51 kq), Ayxan Cavadov (60 kq) və Səid Paşayev (92 kq) Avropa çempionu olub, Əmrah Əmrahovla (48 kq) Yusif Əhmədli (71 kq) gümüş, Nicat İsgəndərli (45 kq), Əli Nəzərov (55 kq), Orxan Hacıyev (80 kq) və Mikayıl İsmayılov (110 kq) bürünc medal qazanıb.


Xəbər xətti

29 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin