Bəzi fermerlərə əlavə subsidiyalar veriləcək
17 Noyabr 2024
23:05 - 26 Oktyabr 2021
Ermənistanın dövlət borcu artaraq 9 milyard dollarlıq həddi keçib.
Manşet.az "Joxovurd" qəzetinə istindaən xəbər verir ki, cari ilin 30 sentyabrına olan nəticələrə görə, ölkənin dövlət borcu 9 milyard 30 milyon təşkil edib. Avqust ayı ilə müqayisədə bu rəqəm 86 milyon dollar artıb. İl ərzində isə borcdakı artım 1 milyard 190 milyon dollara çatıb.
Ermənistanın dövlət borcunun böyük hissəsini 8 milyard 564 milyon dollarlıq hissəsini hökumətin xarici borcu təşkil edir. Bu məbləğə xarici kreditlər və borclar, qeyri-rezidentlər tərəfindən alınmış qiymətli kağızlar və dövlət xarici valyuta istiqrazları daxildir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin