“Metro Park” önündə gəncin qətli qıza görə olub – Təfərrüat

22:21 - 26 İyun 2024

“Metro Park” önündə gəncin qətli qıza görə olub – Təfərrüat

Xəbər verdiyimiz kimi, bu gün axşam saatlarında Bakının Nərimanov rayonunda, “Metro Park”ın önündə 24 yaşlı Tural Kosayev başından güllələnərək qətlə yetirilib.

 

Manset.az xəbər verir ki, Lent.az hadisənin təfərrüatını yayıb. Bildirilir ki, qətl qız üstündə olub.

Belə ki, hər iki gənc eyni qızı sevirmiş.

Hadisəni törədən 19 yaşlı İsmayıl Allahverdiyev "Ya sən öləcəksən, ya mən" deyərək, 24 yaşlı Tural Kosayevi güllələyib.

Qeyd edək ki, hadisəni törədən İ.Allahverdiyev saxlanılıb.


Xəbər xətti

29 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin