"Metro Park"ın qarşısında gənc oğlan güllələndi - FOTO +VİDEO

21:42 - 26 İyun 2024

Bakıda, Nərimanov ərazisində güllələnmə hadisəsi baş verib.

 

Manset.az lent.az-a istinadən xəbər verir ki, hadisə bir az əvvəl paytaxtın Nərimanov rayonunda, "Metro Park"ın qarşısında qeydə alınıb.

Gənc oğlan küçənin ortasında güllələnərək öldürülüb.

DİN-in Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, Nərimanov rayonunda bir nəfəri odlu silahdan açılan atəşlə qətlə yetirməkdə şübhəli bilinən 19 yaşlı İsmayıl Allahverdiyev saxlanılıb.

Belə ki, hadisəni törədən 19 yaşlı İsmayıl Allahverdiyev zərərçəkmişlə telefonda mübahisə edib. Mübahisədən bir müddət sonra onu güllələyib.

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Manset.az (@manset.az)'in paylaştığı bir gönderi



Xəbər xətti

29 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin