Samir Nuriyev görüş keçirdi - FOTOLAR
19 Noyabr 2024
22:56 - 26 Oktyabr 2021
Monitorinqlərə cəlb edilmiş sürüşmə zonalarında ciddi dinamik dəyişiklik müşahidə olunmur.
Manşet.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib. Onun sözlərinə görə, sadəcə bir müddət əvvəl Quba rayonunun Qırızdəhnə kəndində 50 hektara yaxın ərazidə sürüşmə olub. Proses hələ tam səngiməyib, aktiv fazadadır:
"Bakı və Abşerondakı sürüşmə ərazilərində isə vəziyyət stabildir. Badamdar sürüşmə zonasında Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən bərpa işləri davam etdirilir.
Cənub bölgəsində də lokal aktiv sahələr var. Onların əsas hissəsi yaşayış məskənlərindən kənarda olduğu üçün təhlükə doğurmur. Sadəcə, yağışların yağması ilə əlaqədar bəzən yaşayış məntəqələrinin özündə zəif çökmə prosesləri müşahidə olunur. Amma bunlar mövsümi xarakterlidir. Cənub regionunda sürüşmə prosesinə məruz qalan ərazilər çoxdur. Lakin quraqlıq zamanı proses o qədər aktiv baş vermədiyinə görə, biz onları nisbi stabil zonalar sayırıq. Ümumilikdə, ölkə ərazisində vəziyyət nisbi stabildir".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin