Azərbaycanda AĞIR QƏZA - Ölən var

19:49 - 26 İyun 2024

Azərbaycanda AĞIR QƏZA - Ölən var

Ağcabədidə minik avtomobili traktorla toqquşub, ölən var.

 

Manset.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə Qiyaməddinli kəndində qeydə alınıb.

Belə ki, "VAZ" markalı minik avtomobili ilə "Belarus" markalı traktor toqquşub və 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Xəbər xətti

29 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin