Prezident yeni salınan parkla tanış oldu - FOTO
30 Oktyabr 2024
19:34 - 26 İyun 2024
Rusiya Fransa hakimiyyətini Yeni Kaledoniyada siyasi fəalların fundamental hüquq və azadlıqlarını təmin etməyə çağırır.
Manset.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
“Biz Fransa hakimiyyətini Yeni Kaledoniyada siyasi fəalların, eləcə də bu arxipelaqın Fransanın laqeydliyindən əziyyət çəkən, müstəmləkə keçmişinin aydın izlərini daşıyan bütün sakinlərinin əsas hüquq və azadlıqlarını təmin etməyə çağırırıq”, - Zaxarova bildirib.
Zaxarova xatırladıb ki, ötən həftənin sonunda Yeni Kaledoniyanın milli-azadlıq hərəkatının 11 tanınmış fəalı, o cümlədən Kristian Ten də saxlanılıb və həbs edilib:
“Onların əksəriyyəti yerli sakinlərin etirazlarına baxmayaraq, öz evlərindən 17 min km uzaqlıqdakı Fransaya göndəriliblər”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin