"Sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir" - Azərbaycan Prezidenti
2 İyul 2024
19:29 - 26 İyun 2024
Sumqayıt şəhərində bulvara yaxın ərazidə 2 nəfər dənizə düşüb.
Manset.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.
Bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində batma təhlükəsi ilə üzləşən vətəndaşlardan birinin yeri müəyyən olunaraq (“Sumqayıt” sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı) xilas olunması təmin edilib. Digər şəxsin axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin