Samir Nuriyev görüş keçirdi - FOTOLAR
19 Noyabr 2024
22:54 - 26 Oktyabr 2021
Ana südündən körpəyə COVID-19 keçə bilməz.
Manset.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, ginekoloq-cərrah Emin Haqverdiyev nazirliyin sosial şəbəkələrdəki hesablarına daxil olan sualları cavablandırarkən deyib.
“COVID-19-a yoluxmuş anadan körpəyə virus ana südü ilə keçə bilərmi?” sualına cavab olaraq həkim bildirib ki, aparılan araşdırmalar bunun mümkün olmadığını deməyə əsas verir:
“Ana südündən körpəyə COVID-19 keçə bilməz. Virus anadan körpəyə yalnız süd verərkən tənəffüs yolları vasitəsi keçə bilər. Bu səbəbdən COVID-19-a yoluxmuş analara süd verərkən tibbi maskanın istifadəsini və gigiyena qaydalarına riayət olunmasını tövsiyə edirik”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin