İnternat məktəbinin sabiq xanım direktoru vəzifə saxtakarlığı törətdiyi üçün hakim qarşısında

16:45 - 26 İyun 2024

İnternat məktəbinin sabiq xanım direktoru vəzifə saxtakarlığı törətdiyi üçün hakim qarşısında

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin sabiq direktoru Bahar Zənnum qızı Kərimovaya vəzifə saxtakarlığı etdiyi üçün cinayət işi başlanıb.

 

"Unikal"ın məlumatına görə, Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddəsi ilə cinayət işi başlanan Bahar Kərimova və Elman Gülabbas oğlu Məmmədov təqsirləndirilən şəxs qismində tanınıblar. Cinayət işi baxılması üçün Nizami Rayon Məhkəməsinin hakimi İlham Kərimlinin icraatına verilib.

Qeyd edək ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbi Nizami rayonunun ərazisində yerləşir. Bahar Kərimova 2022-ci ildən Binəqədi rayonunda yerləşən 178 saylı körpələr evi-uşaq bağçasının müdiri işləyir.


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin