Rusiyada ermənidən dəhşətli addım

15:48 - 26 İyun 2024

Rusiyada ermənidən dəhşətli addım

Rusiyanın Krasnodar vilayətində ötən gün baş vermiş dəhşətli hadisənin təfərrüatı bəlli olub.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki,"BMW X6" markalı avtomobil ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən dayanacaqdan yüksək sürətlə hərəkət edərək birbaşa avtomobil yoluna düşüb.

Nəticədə maşında olan sürücü, qadın və uşaq həyatını itirib.

Məlum olub ki, avtomobili idarə edən 37 yaşlı erməniəsilli rusiya vətəndaşı Rafael Arakelyan olub. Həmçinin maşında ölən digər iki sərnişin 37 yaşlı Yekaterina və onun oğlu 12 yaşlı oğlu Dima olub. Qadının həyat yoldaşı başverənlər haqqında yalnız hadisə barədə xəbərlər televiziyada yayımlandıqdan sonra məlumat alıb.

Aparılan tibbi ekspertiza zamanı Yekaterinanın hamilə olduğu məlum olub. İstintaqın əsas versiyasına görə, o, arvadı ilə mübahisə edib və buna görə də qəsdən maşını çoxmərtəbəli dayanacağın üçüncü mərtəbəsindən ataraq intihar edib. Çünki ekspertlər hadisə yerində hər hansı əyləc izi aşkar etməyiblər. Həmçinin müəyyən olunub ki, Arakelyan maşını cəmi bir ay əvvəl alıbmış.

Faktla bağlı "iki və daha çox şəxsin ölümünə səbəb olma" maddəsi üzrə cinayət işi açı


Xəbər xətti

29 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin