Gədəbəyə dolu yağıb - Təsərrüfatlara ziyan dəyib

15:44 - 26 İyun 2024

Gədəbəyə dolu yağıb - Təsərrüfatlara ziyan dəyib

Gədəbəy rayonuna dolu düşüb, meyvə bağlarına və təsərrüfatlara ziyan dəyib.

 

Manset.az xəbər verir ki, rayon ərazisinə diametri 10 millimetrdən çox olan dolu yağıb.

Bir müddət yağan dolu meyvə ağaclarına və təsərrüfatlara ziyan vurub.

Qeyd edək ki, Daşkəsən rayonunda da leysan yağışlar yağıb, bəzi kəndlərə dolu düşüb.

Hazırda Gəncə şəhərində və dağlıq rayonlarda qeyri-sabit hava şəraiti müşahidə olunur.


Xəbər xətti

29 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin