Amerika Kuboku - B qrupunda ikinci tur həyəcanı

13:53 - 26 İyun 2024

Amerika Kuboku - B qrupunda ikinci tur həyəcanı

Bu gecə Amerika Kubokunun B qrupunda Ekvador və Yamayka, eləcə də Venesuela ilə Meksika milliləri qarşılaşacaqlar.

 

Manset.az xəbər verir ki, ötən turda Venesuelaya gözlənilmədən məğlub olan Ekvador millisi bu gecə Yamayka ilə görüşdə qalib gələrək azarkeşlərini sevindirmək niyyətindədir.

Qrupun favoritlərindən sayılan Meksika isə Venesuelaya qalib gələrək liderliyi ələ keçirmək niyyətindədir.

B qrupunda hərəyə üç xalı olan Venesuela və Meksika birinci-ikinci pillələri bölüşürlər. Üç və dördüncü pillələrdəki Ekvador və Yamaykanın xalı yoxdur.

27 iyun

B qrupu

Ekvador - Yamayka

Saat 2:00, "Allegiant Stadium"

Venesuela - Meksika

Saat 5:00, "SoFi Stadium"


Xəbər xətti

29 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin