"Sabah" klubunun Çempionlar Liqasında rəqibi müəyyənləşib

13:50 - 26 İyun 2024

Kişilərdən ibarət "Sabah" basketbol klubunun Çempionlar Liqasında rəqibi bəlli olub.

 

Manset.az xəbər verir ki, Azərbaycan çempionu təsnifat mərhələsində İsveçin “Norrçepinq Dolfins” klubu ilə üz-üzə gələcək.

Bu raundun qarşılaşmaları sentyabrın 15-22-də baş tutacaq.

Bakı klubu bu mərhələni adlasa, müntəzəm mövsümdə çıxış edəcək.

Qeyd edək ki, Azərbaycan tarixində ilk dəfə Çempionlar Liqasında oynayacaq "Sabah" təsnifat mərhələsində büdrəsə, mübarizəni Avropa Kubokunda davam etdirəcək.


Xəbər xətti

29 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin