Şəkidə güclü külək ağacları və dirəkləri aşırtdı

13:41 - 26 İyun 2024

Şəkidə güclü külək ağacları və dirəkləri aşırtdı

Şəkidə gecədən başlayan güclü külək və yağışla müşayiət olunan hava şəraiti səhər saatlarına kimi hökm sürüb.

 

Manset.az Oxu.az-a istinadən xəbə verir ki, şəhərin İzzət Həmidov və Rasim Ocaqov küçələrində irigövdəli ağac və rabitə dirəyi aşıb.

Bir sıra yollarda asfalt örtük dağılıb.

Şəki şəhər İcra hakimiyyətindən bildirilib ki, sel suları Şəkinin Oxud, Baş Göynük, Baş Layısqı, Baş Şabalıd, İnçə, Zunud, Aşağı Şabalıd, Bideyiz kəndlərində fəsadlar törədib, yollar dağılıb.


Xəbər xətti

29 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin