İrəvan Bakıdan sülh sazişi ilə bağlı yeni təkliflər paketi aldı

12:45 - 26 İyun 2024

İrəvan Bakıdan sülh sazişi ilə bağlı yeni təkliflər paketi aldı

"Ermənistan Azərbaycandan sülh sazişi layihəsi ilə bağlı yeni təkliflər paketi alıb".


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

Onun sözlərinə görə, söhbət sülh sazişinin 10-cu nəşrindən gedir.

Qeyd edək ki, bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi bir ay ərzində Azərbaycanla sülh sazişi imzalamağa hazır olduqlarını bəyan edib.

İyunun 4-də Ermənistan Xarici İşlər Nazirliyi, həmçinin, rəsmi Bakının son təkliflərinə cavab olaraq İrəvanın müqavilənin mətninin doqquzuncu nəşrini Azərbaycana verdiyini bildirib.


Xəbər xətti

29 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin