DİN əməliyyat keçirdi - Saxlanılanlar var

10:55 - 26 İyun 2024

DİN əməliyyat keçirdi - Saxlanılanlar var

İyunun 25-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.


Bu barədə Manset.az-a DİN-nin mətbuat xidmətindən məlumat verilib.

Axtarışda olduğuna görə ümumilikdə 115, o cümlədən borclu şəxs qismində axtarışda olan 82 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.


Xəbər xətti

29 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin