"Relax-Lerik İdman Klubu"nun yetirməsi Avropa çempionu oldu - FOTO

10:05 - 26 İyun 2024

Yunanıstanın Saloniki şəhərində 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa çempionatı keçirilib. 


Manset.az-ın əldə etdiyi məlumata görə, Azərbaycanı çempionatda Relax - Lerik İdman klubu təmsil edib.

Keçirilən yarışlarda yaşı 15-ə qədər olan atletlər arasında İsa Əliyev 73 kq çəki dərəcəsində bütün rəqiblərindən üstün olaraq Avropa çempionu adını qazanıb.

Qeyd edək ki, İsa Əliyev bundan öncə də ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda keçirilən yarışlarda yüksək nailiyyətlər qazanaraq qalib olub.

 



Xəbər xətti

29 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin