Argentina və Kanada qələbə qazandı

09:25 - 26 İyun 2024

Argentina və Kanada qələbə qazandı

Futbol üzrə Amerika Kubokunun qrup mərhələsində ikinci tura start verilib.


Manset.az xəbər verir ki, bu turda A qrupunda qərarlaşan Peru ilə Kanada, Argentina və Çili milliləri qarşılaşıblar.

Kanada yığması rəqibini bir qolla üstələyib. Oyunun 59-cu dəqiqəsində Peru millisinin üzvu Migel Arauxo qırmızı vərəqə aldığından komandası azlıqda qalıb. Kanada isə Conatan Devidin 74-cü dəqiqədə vurduğu qolla qələbəni təmin edib.

Çili - Argentina görüşündə də böyük hesab qeydə alınmayıb. Argentina millisinin futbolçusu Lautaro Martines oyunun 88-ci dəqiqəsində vurduğu qolla oyunun taleyini həll edib.


Xəbər xətti

29 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin