Bakıda gənc oğlan dostunu bıçaqladı

09:12 - 26 İyun 2024

Bakıda gənc oğlan dostunu bıçaqladı

Bakının Nəsimi rayonunda 21 yaşlı oğlan çoxsaylı bıçaq xəsarəti alaraq ölüb.


Manset.az Apa-ya istinadən xəbər verir ki, hadisə metronun Memar Əcəmi stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Nicat Məmmədov tanışı ilə əlbəyaxa dava edib. Dava zamanı tanışı Nicatın qarın nahiyəsinə çoxsaylı bıçaq zərbəsi vurub. N. Məmmədov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunun və Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Hadisə ilə bağlı cinayət işi başlanılıb.


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin