Azərbaycanda 19 yaşlı hamilə qadın dərmandan zəhərləndi

23:29 - 25 İyun 2024

Azərbaycanda 19 yaşlı hamilə qadın dərmandan zəhərləndi

Sabirabadda qadın heyvanlara verilən dərmandan zəhərlənib.

 

Manset.az report.az-a istinadən xəbər verir ki, hadisə Çöl Beşdəli kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 2005-ci il təvəllüdlü A.Babayeva xəstəliklərin qarşısını almaq məqsədi ilə mal-qaraya dərman verilərkən zəhərlənib.
O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

A.Babayevanın üçaylıq hamilə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

29 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin