“Nəticələr çıxardıq və onları dəyişdik” - Zakir Həsənov

22:45 - 25 İyun 2024

“Nəticələr çıxardıq və onları dəyişdik” - Zakir Həsənov

“Biz müharibə vaxtı əldə etdiyimiz təcrübəni də, nöqsanları da öyrənirik”.

 

Manset.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 25-də AZƏRTAC-a və AzTV-yə müsahibəsində deyib.


Nazir bildirib ki, bizim islahatların əsas istiqamətləri düzgün seçilib və onların bəhrəsini gördük:


“Bununla yanaşı, qeyd etmək istəyirəm ki, hərb elmi gündən-günə inkişaf edir. Biz bunu dərindən öyrənirik. İstifadə etdiyimiz silahları da öyrənirik - onların hansının tətbiqi bizə daha çox fayda gətirdi, hansılar döyüşlərdə özünü çox da yaxşı göstərmədi. Təbii ki, biz nəticələr çıxardıq və onları dəyişdik. Bütün bu təhlillər göstərdi ki, müharibədəki bütün o təcrübənin tətbiqindən sonra artıq antiterror əməliyyatı zamanı qısa müddətdə düşmən darmadağın edildi. Bu antiterror əməliyyatına dünyada unikal əməliyyat kimi baxırlar, onunla maraqlanırlar. Çox sevindirici haldır ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun əməliyyatları bu gün bütün dünyada dərindən öyrənilir”.


Xəbər xətti

29 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin