Natiq Qasımovun ailəsindən Prezidentə təşəkkür

22:31 - 25 İyun 2024

Natiq Qasımovun ailəsindən Prezidentə təşəkkür

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı Sərəncam imzalayıb.


Manset.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Milli Qəhrəmanın qardaşı Nofəl Qasımov ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edib.
O bildirib ki, uzun illər sonra qardaşının şəhidlik zirvəsinə ucalmasına ən yüksək qiymət verilib.
“Özüm, ailəm adından ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirəm. Qardaşımın qanı yerdə qalmadı, cənab Ali Baş Komandan qardaşımı ən ali fəxri adla mükafatlandırıb”.


Xəbər xətti

29 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin