Beynəlxalq Cinayət Məhkəməsi bu şəxslərin həbsinə order verdi

15:34 - 25 İyun 2024

Beynəlxalq Cinayət Məhkəməsi bu şəxslərin həbsinə order verdi

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Məhkəməyə hazırlıq Palatası Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu (hazırda Təhlükəsizlik Şurasının katibi vəzifəsini icra edir) və Baş Qərargah rəisi Valeri Gerasimovun həbsinə order verib.

 

Manset.az xarici mediaya istinadən istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Cinayət Məhkəməsi məlumat yayıb.

“II Beynəlxalq Cinayət Məhkəməsinin İbtidai Məhkəmə Kollegiyası Ukraynadakı vəziyyət kontekstində azı 2022-ci il oktyabrın 10-dan azı 2023-cü il mayın 9-na qədər törədilmiş beynəlxalq cinayətlərə görə iki şəxs - Sergey Şoyqu və Valeri Gerasimov haqqında həbs qərarı çıxarıb”, - məlumatda qeyd edilib.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin