Yusif Seyidov yenidən yüksək vəzifəyə getdi - SƏRƏNCAM

12:02 - 25 İyun 2024

Yusif Seyidov yenidən yüksək vəzifəyə getdi - SƏRƏNCAM

Naxçıvan MR Sədərək Rayon İcra Hakimiyyətinin başçısına yeni müavin təyin edilib.


Manset.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Naim Cahidzadə sərəncam imzalayıb.

Sərəncama əsasən, Yusif Mirabbas oğlu Seyidov başçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Yusif Seyidov bundan öncə də Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışmış, daha sonra öz ərizəsi  ilə vəzifəsindən azad edilmişdir.


Manşet.az


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin