"Marsel"in yeni baş məşqçisi məlum oldu

10:26 - 25 İyun 2024

Fransanın "Marsel" klubu italiyalı çalışdırıcı Roberto De Zerbiyə həvalə olunub.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, sonuncu dəfə "Brayton" klubunu çalışdıran təcrübəli mütəxəssis yeni mövsümdən etibarən "Marsel"in baş məşqçisi olacaq.

Fransa mediasında yayılan xəbərlərə görə, Roberto De Zerbi ilə iki illik müqavilə imzalanıb.

Qeyd edək ki, Roberto De Zerbi karyerası ərzində "Sassuolo", "Foccia", "Şaxtyor" kimi klubları çalışdırıb.


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin