"Ola bilsin ki, bəzi nöqsanlara yol verilib" - Bakı merindən ETİRAF
22 Oktyabr 2024
22:35 - 24 İyun 2024
İngiltərə kralı III Çarlzın bacısı, 73 yaşlı şahzadə Anna xəstəxanaya yerləşdirilib.
Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Bukingem Sarayı məlumat yayıb.
Məlumata görə, Şahzadə Anna ötən gecə Qlosterşir əyalətindəki "Gatcombe Park" malikanəsində qəza keçirib. Yüngül xəsarətlərlə Bristoldakı "Southmead" xəstəxanasına aparılan şahzadəyə beyin silkələnməsi diaqnozu qoyulub.
Şahzadənin vəziyyəti yaxşıdır, lakin bir müddət ehtiyyat üçün xəstəxanada qalacaq. O, həkimlərin nəzarəti altındadır.
Qeyd edək ki, baş verən hadisənin xarakteri açıqlanmayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin