Məktəbin direktoru “Son Zəng”dəki mahnıya görə işdən çıxarıldı

19:10 - 24 İyun 2024

Məktəbin direktoru “Son Zəng”dəki mahnıya görə işdən çıxarıldı

Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru işdən azad olunub.

Bu barədə Manset.az-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, ümumi təhsil müəssisələrinə “Son Zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat öncədən göndərilib:

"Təəssüf ki, bəzi hallarda təlimatın tələblərinin pozulduğu hallar da müşahidə olunub. Həmin hallarla bağlı araşdırma aparılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib".


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin