Dövlət Xidmətinin bu idarə və şöbəsində pozuntular aşkarlandı
16 Noyabr 2024
20:38 - 26 Oktyabr 2021
“Koronavirusa qarşı vaksinlərin sonsuzluq yaratmasına dair heç bir sübut yoxdur”.
Manşet.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi ginekoloq cərrah Emin Haqverdiyev nazirliyin sosial şəbəkələrdəki hesablarına daxil olan sualları cavablandırarkən deyib.
COVID-19 peyvəndi sonsuzluğa səbəb ola bilərmi? - sualını cavablandıran həkim bu iddiaların əsassız olduğunu deyib:
“Xeyr, COVID-19 peyvəndinin qadınlarda və ya kişilərdə sonsuzluq problemlərinə səbəb olduğuna, plasentaya və dölə zərər verdiyinə dair heç bir sübut yoxdur. Hamiləlik üçün çalışan qadınlar COVID-19 peyvəndi ola bilərlər, bəzən əksi iddia edilsə də hamiləliyin təxirə salınması üçün heç bir səbəb yoxdur”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin