İranda prezident seçkiləri: Azərbaycanlı namizəd reytinqdə birincidir

15:54 - 24 İyun 2024

İranda prezident seçkiləri: Azərbaycanlı namizəd reytinqdə birincidir

İranda keçirilən rəy sorğusunda iyunun 28-də keçiriləcək prezident seçkilərində mübarizə aparan namizədlərdən islahatçı, milliyətcə azərbaycanlı olan Məsud Pezeşkian birinci olub.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, İran Tələbələrin Sorğu Agentliyi (ISPA) 22-23 iyun tarixlərində keçiriləcək prezident seçkiləri ilə bağlı ölkə daxilində keçirdiyi  sorğunun nəticələrini paylaşıb.

Keçirilən rəy sorğusunda iyunun 28-də keçiriləcək prezident seçkilərində mübarizə aparan namizədlər arasında islahatçı Məsud Pezeşkian 24,4 faizlə birinci, reytinqi getdikcə azalan mühafizəkar Səid Cəlili 24 faizlə ikinci, mühafizəkar namizəd Məhəmməd Bakır Kalibafın isə 14,7 faizlə üçüncü yerdə olub.

Digər namizədlər arasında Əmir Hüseyn Qadızadə Haşimi 2 faiz, Əli Rıza Zəkani 1,7 faiz, Mustafa Purmuhammedi isə 0,7 faiz səs toplayıb.

Seçkilərdə islahatçıların tək namizədi olan Məsud Pezeşkian keçirilən debatlarda İranda internetə və hicaba qoyulan qadağanı aradan qaldıracağını bəyan edib.

“Əgər prezident olsam, internetdə bir çox qadağa və məhdudiyyətləri aradan qaldıracağam. Qadınlara isə hicab bağlamağa məcbur edə bilmərik”, - Pezekian qeyd edib.

 

Fidan Əliyeva


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin