Azərbaycan səfirliklərinin kənarında müşahidə aparan şəxslər müəyyən olundu

13:39 - 24 İyun 2024

Azərbaycan səfirliklərinin kənarında müşahidə aparan şəxslər müəyyən olundu

Son günlər Azərbaycanın Belçika, Fransa, İsveç, Polşa, Slovakiya və Avstriyadakı səfirlikləri yaxınlığında kənardan müşahidə aparan şəxslərin olması halları müəyyən edilib. Bu bir təsadüf də ola bilər. Amma ehtiyat igidin yaraşıdığıdır. 


Manset.az-ın əldə etdiyi məlumata görə, bu adamların Qafqaz zahiri görünüşlü olduğu deyilir. Azərbaycanın Britaniya və İrandakı səfirliklərinə hücümları, daşnakların fəallaşdığını nəzərə alaraq bu məsələ diqqət çəkməyə bilməz. 

Bəlkə də bu adamlar elə səfirliyin görünmədən kənar mühafizəni təşkil edirlər. Hər bir halda məsələni nəzarətə götürmək, vaxtilə bütün cəmiyyətimizin ciddi narahatlığına səbəb olmuş halların yaşanmaması üçün diqqətli davranmaq zəruridir.


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin