Onların maaşı ilə bağlı QƏRAR verildi
23 Oktyabr 2024
12:29 - 24 İyun 2024
“Gürcüstan hakimiyyəti indiki siyasi kursunu davam etdirərsə, Avropa İttifaqı bu ölkəyə qapılarını bağlayacaq”.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell deyib.
O qeyd edib ki, belə davam edəcəyi təqdirdə Gürcüstana göstərilən maliyyə dəstəyi də azaldılacaq.
Xatırladaq ki, Gürcüstan parlamenti cari ilin mayın 14-də “Xarici təsirin şəffaflığı haqqında” Qanun layihəsini yekun oxunuşda təsdiqləyib. Qərar ölkədə etiraz aksiyalarına baxmayaraq, qəbul edilib. Mayın 18-də Prezident Salome Zurabişvili qanuna veto qoyub. Mayın 28-də isə parlament onun vetosunu ləğv edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin