Apple və Meta-dan süni intellekt tərəfdaşlığı

11:08 - 24 İyun 2024

Apple və Meta-dan süni intellekt tərəfdaşlığı

Uzun müddətdir ki, rəqib olan Apple və Meta, süni intellekt ortaqlığı haqqında danışıqlar aparıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki,  iki şirkət Meta-nın generativ süni intellekt modelinin Apple-ın bu yaxınlarda "İphone" cihazları üçün elan etdiyi süni intellekt sisteminə inteqrasiyasını müzakirə ediblər. 

Qeyd edək ki, Google və Meta-dan başqa, Anthropic və Perplexity də öz generativ süni intellektini Apple Intelligence-ə gətirmək üçün Apple ilə müzakirələr aparır.

Apple ilə sövdələşmələr süni intellekt şirkətlərinə məhsullarının daha geniş yayılmasına kömək edəcək.

Potensial maliyyə gözləntilərinin ölçüsü bəlli deyil.

 

Fidan Əliyeva


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin