Dağıstanda antiterror əməliyyatı başa çatdı

10:24 - 24 İyun 2024

Dağıstanda antiterror əməliyyatı başa çatdı

Dağıstan Respublikasının(Rusiya Federasiyası) Mahaçqala və Dərbənddə şəhərlərində antiterror əməliyyatı başa çatıb.

 

Manset.az xəbər verir ki, bu barədə Milli Antiterror Komitəsi məlumat yayıb.

Bildirilib ki, vətəndaşların həyatı və sağlamlığı üçün təhlükələrin aradan qaldırılması ilə əlaqədar antiterror əməliyyatının hüquqi rejimi ləğv edilib.

Xatırladaq ki, iyunun 23-də Dağıstanda baş verən terror aktları zamanı 15-dən çox polis əməkdaşı həlak olub.

 

Bu barədə Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Melikov bildirib.

Onun sözlərinə görə, Mahaçqala və Dərbənddə həlak olan və zərər çəkənlərin ailələrinə maddi yardım göstəriləcək. Həmçinin, Dağıstanda üç günlük matəm elan edilib.

 

Fidan Əliyeva

 


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin