Bakıda əməliyyat vaxtı atışma - 3 polis əməkdaşı və mülki şəxs qətlə yetirildi

09:43 - 24 İyun 2024

Bakıda əməliyyat vaxtı atışma - 3 polis əməkdaşı və mülki şəxs qətlə yetirildi

İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.


Manset.az xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb. 

O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.

Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin