İtaliya millisi və PSJ ciddi itki ilə üzləşdi

19:31 - 26 Oktyabr 2021

İtaliya millisi və PSJ ciddi itki ilə üzləşdi

Fransa PSJ-sinin futbolçusu Marko Verratti zədələnib.

Manşet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, italiyalı yarımmüdafiəçi "Marsel"lə qolsuz heç-heçə etdikləri Liqa 1-in XI tur matçında sıradan çıxıb.

Bud əzələsindən xəsarət alan 29 yaşlı oyunçunun 4 həftə yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb. Bu isə o deməkdir ki, təcrübəli futbolçu Paris təmsilçisinin Almaniyada "Leyptsiq"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının qrup oyununu, həmçinin 3 çempionat görüşünü buraxacaq.

Bundan başqa, Verratti İtaliya millisinin İsveçrə və Şimali İrlandiya ilə 2022-ci il dünya çempionatının seçmə matçlarında da iştirak etməyəcək. Sözügedən qarşılaşmalar müvafiq olaraq, noyabrın 12-də və 15-də baş tutacaq.


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin