Vinçenzo Montella : İlk qoldan sonra əhval-ruhiyyəmiz aşağı düşdü

22:32 - 22 İyun 2024

Vinçenzo Montella : İlk qoldan sonra əhval-ruhiyyəmiz aşağı düşdü

"İlk qoldan sonra əhval-ruhiyyəmiz aşağı düşdü".

 

Manset.az-ın məlumatına görə, bunu Türkiyə yığmasının baş məşqçisi Vinçenzo Montella Portuqaliyaya 0:3 hesabı ilə uduzduqları Avropa çempionatının qrup mərhələsinin II tur oyunu barədə danışarkən deyib.

Mütəxəssis toparlanmağa çalışdıqları müddətdə ikinci qolu buraxdıqlarını söyləyib: "İlk 20 dəqiqədə qol vurmağa yaxın idik. Bu səviyyədə rəqiblərə qarşı əlinə düşən fürsəti dəyərləndirməsən, işin çətinləşir. Ümumiyyətlə pis oyun keçirdiyimizi düşünmürəm. Yolumuz uzundur. Bir-birimizə inanırıq"

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin