İlham Əliyev Tatarıstanda təltif edildi - FOTO
23 Oktyabr 2024
18:53 - 22 İyun 2024
26 iyun - Silahlı Qüvvələr Günü ərəfəsində media nümayəndələri üçün Azərbaycan Ordusunun qoşun növlərində mediaturlar təşkil edilib.
Manset.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, mediaturlar çərçivəsində media nümayəndələri şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də sosial-məişət şəraiti və maddi-texniki təminatı ilə yaxından tanış olublar.
Media nümayəndələri, həmçinin azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdən birində olub, burada xidmət edən hərbi qulluqçularla görüşüblər.
Hərbi qulluqçular Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində yaradılan şəraitdən məmnunluq ifadə ediblər, Azərbaycan Ordusuna xidmət etməkdən qürur duyduqlarını bildiriblər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin