Ukraynada məktəblər yerin altında olacaq

17:18 - 21 İyun 2024

Ukraynada məktəblər yerin altında olacaq

Ukraynanın iki vilayətində yeraltı məktəblərin tikintisinə başlanılıb. 

 

Manset.az xəbər verir ki, Xarkovda məktəb tikintisi artıq başa çatıb, Zaporojyedə isə 5 məktəbin tikintisinə başlanılıb. 

Zaporojye vilayətinin administratoru İran Fyodorov bildirib ki, cəbhə xəttinə yaxın olduğundan tələbələrin sığınacaqlara qaçmağa cəmi bir dəqiqə vaxtı olub, buna görə də yeraltı məktəb tikmək qərarına gəliblər.

“Seçevoy kollegium” adlanan məktəbin tikintisinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Təxminən min şagirdin təhsil alacağı məktəbin tikintisinə 2,7 milyon dollar xərclənəcək.

 

Fidan Əliyeva

 


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin