Fransada deputatlığa namizəd hücuma məruz qaldı

16:54 - 21 İyun 2024

Fransada deputatlığa namizəd hücuma məruz qaldı

Sorğularda Fransa parlamentinə erkən seçkidə qalib gələcəyini təxmin edildiyi sağçı Milli Ralli partiyasından (RN) deputatlığa namizəd hücuma məruz qalıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, seçkinin birinci turuna 10 gün qalmış RN-dən deputatlığa namizəd 68 yaşlı Erve Breyə Sent-Etyen kommunasında təşviqat aparan zaman hücum olunub.

Bildirilir ki, qara geyimli və maskalı dörd nəfərdən ibarət dəstə ona yaxınlaşıb. Onlar namizədi və digər RN üzvlərini hədələyib, sonra onları itələməyə başlayıblar. Kardiostimulyatoru olan Brey insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Polisə şikayət edilib, məsələ ilə bağlı araşdırma başlanılıb.

 

Fidan Əliyeva


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin